Təyyarənin göyərtəsində olan şəxslərin sayı ilə bağlı AZAL-dan AÇIQLAMA - VİDEO

Təyyarənin göyərtəsində olan şəxslərin sayı ilə bağlı AZAL-dan AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Təyyarənin göyərtəsində olan şəxslərin sayı ilə bağlı AZAL-dan AÇIQLAMA - VİDEO

226898

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

AZAL-dan Bizim.Media-ya verilən məlumata görə, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ DETALLAR - FOTO


Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO