Körpələr evinin müdirindən pul tələb edən “televiziya işçiləri” saxlanıldı

Körpələr evinin müdirindən pul tələb edən “televiziya işçiləri” saxlanıldı

Hazırda oxunan: Körpələr evinin müdirindən pul tələb edən “televiziya işçiləri” saxlanıldı

22688

Mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirib. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən  Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO