Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpünün söküntü işləri sürətlə davam edir.
Bizim.Media İTV-yə istinadən xəbər verir ki, artıq işlərin müəyyən hissəsi görülüb, beton bloklar kəsilərək ərazidən çıxarılıb.
Söküntü ilə əlaqədar avtomobillərin hərəkəti dayandırılıb.
Sürücülər isə alternativ yollara üstünlük verdikləri üçün həmin yollarda sıxlıq müşahidə olunur.
Bizim.Media