Bu il 10 mindən çox qaziyə tibbi xidmət GÖSTƏRİLİB – Vüqar Qurbanov

Bu il 10 mindən çox qaziyə tibbi xidmət GÖSTƏRİLİB – Vüqar Qurbanov

Hazırda oxunan: Bu il 10 mindən çox qaziyə tibbi xidmət GÖSTƏRİLİB – Vüqar Qurbanov

226552

“Cari ilin 11 ayı ərzində 10 min 284 qazimizin 87 min 757 müraciətinə uyğun olaraq 251 min 82 tibbi xidmət göstərilib”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, şəhidlərimizin ailə üzvlərindən 6 min 43 vətəndaşın 46 min 526 müraciətinə uyğun olaraq 161 min 901 tibbi xidmət göstərilib:
 

“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ saxlanılan Həkim Məsləhət Komissiyalarının yekun siyahısı hazırlanıb və həmin siyahıya əsasən göndəriş vermək hüququ saxlanılan TƏBİB tabeli tibb müəssisələrinin sayı 24-ə çatdırılıb. 


2024-cü il ərzində əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibb müəssisələri tərəfindən 61 min 260 nəfərə göndəriş rəsmiləşdirilib və Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib”.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO