Təcili tibbi yardımın fəaliyyəti RƏQƏMSALLAŞDIRILIR – Vüqar Qurbanov

Təcili tibbi yardımın fəaliyyəti RƏQƏMSALLAŞDIRILIR – Vüqar Qurbanov

Hazırda oxunan: Təcili tibbi yardımın fəaliyyəti RƏQƏMSALLAŞDIRILIR – Vüqar Qurbanov

226549

“Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır”.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi brifinqdə deyib. 

“Eyni zamanda vərəm modulu, çarpayı modulu, təxliyə modulu kimi modullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibb müəssisələrimizdə tətbiq olunacaq.

Fizioterapiya, şəkərli diabet, epikriz və digər modullar, eləcə də tibb müəssisələrinin vebsaytlarının qurulması, qurumun vebsaytının təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mobil tətbiqlərin qurulması kimi fəaliyyətlərin miqyası da genişləndirilib”, - deyə qurumun icraçı direktoru qeyd edib.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO