Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib.
Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülmüşdü.
Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyoru olub. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.
Bizim.Media