Goranboyda dəm qazından ölən əmiqızılardan biri şəhid bacısıdır – TƏFƏRRÜAT

Goranboyda dəm qazından ölən əmiqızılardan biri şəhid bacısıdır – TƏFƏRRÜAT

Hazırda oxunan: Goranboyda dəm qazından ölən əmiqızılardan biri şəhid bacısıdır – TƏFƏRRÜAT

226177

Xəbər verildiyi kimi Goranboyda bir ailənin iki üzvü dəm qazından boğulub. Hadisə rayonun Ağcakənd ərazisində baş verib. Xocalı sakinləri 1979-cu il təvəllüdlü Sevil və onun əmisi qızı 1972-ci il təvəllüdlü Xumar Səlimova dəm qazından boğularaq ölüb.

Bizim.Media hadisənin təfərrüatlarını öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dəm qazı yenə CAN aldı – Bu dəfə Goranboyda bir ailənin iki üzvü HƏYATINI İTİRDİ - VİDEO


Belə ki, hadisə gecə saatlarında Xumar Səlimovanın evində baş verib. Dəm qazı evin hamam otağında yaranıb.İlkin ehtimala görə hamam otağında qaz sızma olub. 

Xumar Səlimova illərdir ki, tək yaşayıb. Əmisi qızı Sevil isə onlara bir günlüyə qonaq gəlib. 

Qeyd edək ki, Xocalı faciəsinin şahidi olan Xumar Səlimova bağça müəllimi idi. O, I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Milli Qəhrəmanı Araz Səlimovun bacısıdır. Xumar Səlimovanın atası və digər qardaşı da Xocalıda şəhid olub.  

Faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO