Polis saxta valyuta ilə alqı-satqı edən dörd nəfəri SAXLADI

Polis saxta valyuta ilə alqı-satqı edən dörd nəfəri SAXLADI

Hazırda oxunan: Polis saxta valyuta ilə alqı-satqı edən dörd nəfəri SAXLADI

226175

Bakıda saxta valyuta ilə mobil telefon və elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyat keçirib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, paytaxt sakini 4 nəfər naməlum şəxsin ondan satışa qoyduğu 3 ədəd mobil telefonu alaraq əvəzində 5000 ABŞ dolları verdiyini, sonradan həmin əsginasların saxta olması ilə bağlı polisə müraciət edib. 
 

Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı İsmayılov Elnur, 60 yaşlı Nəsrullayev İrac, 44 yaşlı Vəliyev Asif və 33 yaşlı Məmmədov İlham müəyyən olunaraq saxlanılıblar. 


Araşdırma aparılır, saxta valyutanın mənbəyi öyrənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO