Məhkəmədən "12-ci imam"la bağlı QƏRAR

Məhkəmədən "12-ci imam"la bağlı QƏRAR

Hazırda oxunan: Məhkəmədən "12-ci imam"la bağlı QƏRAR

226152

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü "12-ci imam" kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media ”pravda.az”a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

Qeyd edək ki, "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O özünü zühur etmiş "12-ci imam" kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb. 

Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyib. Onun yaxınları hesab edirlər ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və "Hyundai Santa Fe" minik avtomobilindən gedir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO