"Naxçıvana yerüstü sərnişindaşıma bərpa olunmayacaq''

Hazırda oxunan: "Naxçıvana yerüstü sərnişindaşıma bərpa olunmayacaq''

22610

"Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq".

Bizim.Media xəbər verir ki bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bu gün rayonlararası və şəhərlərarası sərnişindaşıma fəaliyyətinin bərpa olunması ilə bağlı təşkil olunan media - tur zamanı deyib.

Onun sözlərinə görə, buna səbəb Naxçıvana səfərin İran üzərindən gerçəkləşməsidir:

"Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, ölkəmizdə belə bir qərar qəbul edilməyib. Bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO