Sinoptiklərin proqnozu özünü doğruldub. Şimal rayonlarına bu gecə qar yağıb.
Qubadakı Şimal-Şərq Regional Hidrometeroloviya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar Xızının Altıağac qəsəbəsinə düşüb-20 sm.
Ən çox şaxta isə ənənəvi olaraq Qubanın Qrız kəndində müşahidə olunub: -10 dərəcə.
Qarın yağmasınım fəsadları barədə məlumat hələlik yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu