Azərbaycanda iş adamına HÖKM OXUNDU

Azərbaycanda iş adamına HÖKM OXUNDU

Hazırda oxunan: Azərbaycanda iş adamına HÖKM OXUNDU

225803

Xətai Rayon Məhkəməsində qanunsuz sahibkarlıqda və vergi ödəməkdən yayınmada təqsirləndirilən Qiyas Əsədovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşid Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 192.1-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib.
Qiyas Əsədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
 

İttihama görə, Qiyas Əsədov Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 6 G ünvanında bina tikintisi fəaliyyəti ilə məşğul olub. O, bununla bağlı vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatları öz adına rəsmiləşdirib.


Lakin təqsirləndirilən şəxs şəxsiyyətləri hazırda istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 218-221-ci maddələrinin tələblərini pozmaqla, fiziki şəxs kimi qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə, ümumilikdə, 567 855,90 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Həmçinin Qiyas Əsədov Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 6 G ünvanında 1 girişli 11 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirib və nəticədə şəxsiyyətləri hazırda istintaqa məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 2017-ci il ərzində ümumilikdə, 1 774 496 manat məbləğində qanunsuz gəlir əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO