“Pragma” ovçuluq təsərrüfatlarına ictimai nəzarəti davam etdirir

“Pragma” ovçuluq təsərrüfatlarına ictimai nəzarəti davam etdirir

Hazırda oxunan: “Pragma” ovçuluq təsərrüfatlarına ictimai nəzarəti davam etdirir

225759

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət” adlı sosial-ekoloji layihənin icrası uğurla davam edir.

Bizim.Media xəbər verir ki, layihə Azərbaycanda fəaliyyət göstərən və bu günə qədər ictimai nəzarətdən tam kənarda qalmış ovçuluq təsərrüfatları ilə bağlı jurnalist araşdırmaları aparmağı, ovçuluq təsərrüfatlarına ictimai nəzarət formalaşdırmağı nəzərdə tutur.
 

Layihə üzrə ovçuluq təsərrüfatlarının məsul şəxsləri ilə müsahibələr, araşdırmalar və ekspert şərhləri hazırlanır. Oktyabr ayının sonlarında isə maraqlı tərəflərin iştirakı ilə Dəyirmi Masa keçiriləcək.


Təşkilat həmçinin layihə çərçivəsində ovçuların hüquqi maariflənməsini həyata keçirir. Layihənin iş qrafikinə uyğun olaraq, hazırlanan müsahibələr, ekspert dəyərləndirmələri və hüquqi məlumatlandırma ovçuların və ictimaiyyətin geniş marağına səbəb olub.

Nəticədə vətəndaş cəmiyyəti, ovçular və ovçuluq təsərrüfatları arasında ictimai etimad və kommunikasiya formalaşmasına böyük töhfə verilib.

Həmçinin ovçuluq təsərrüfatlarının fəaliyyəti şəffaflaşması və hesabatlılığın artmasına səbəb olan layihə ovçuluq təsərrüfatları üçün dövlətin müəyyən etdiyi vəzifələrin effektiv icrasına da təkan verib.

Cəmiyyətimizdə məsuliyyətli ovçuluqla bağlı məlumatlılığln artması və ovçuların hüquqi müdafiəsinin güclənməsi ekoloji şüurun inkişafı üçün mühüm amildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO