Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri 206 nömrəli müntəzəm marşrut xətti ilə işləyən avtobusların acınacaqlı vəziyyətindən narazıdırlar.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a şikayət ünvanlayan şikayət ünvanlayan sakin qeyd edib ki, bu xətdəki avtobusların çoxu istismara yararsızdır.
"Avtobuslarda oturacaqlar belə yoxdur. "141"ə zəng etməkdən bezmişik. Amma çarə edən yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Lökbatan qəsəbəsindən metronun "Elmlər Akademiyası" stansiyası və əks istiqamətdə fəaliyyət göstərən 206 nömrəli müntəzəm marşrut xətti üzrə qrafik üzrə səkkiz avtobus 10-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
"Avtobusların azlığı və nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müsabiqəyə təqdim olunub", - deyə məlumatda vurğulanır.
Bizim.Media