Bakıda “Media savadlılığı” konfransı KEÇİRİLİR

Bakıda “Media savadlılığı” konfransı KEÇİRİLİR

Hazırda oxunan: Bakıda “Media savadlılığı” konfransı KEÇİRİLİR

225634

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə dekabrın 17-də Bakıda ənənəvi “Media savadlılığı” konfransı keçirilir.

Bizim.Media xəbər verir ki, “Media savadlılığı” Həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının və səmərəli kommunikasiyasının vacibliyini, medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.

Konfransda aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrın, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin sahə üzrə yerli və xarici ekspertlər və 500 nəfərə yaxın Azərbaycan könüllüsü və gənci iştirak edir.

Qeyd edək ki, media savadlılığının artırılması və təşviqi məqsədilə Media savadlılığı platforması da fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO