“Şuşanın 37 kəndində hazırda ermənilər yaşayır” - Millət vəkili

“Şuşanın 37 kəndində hazırda ermənilər yaşayır” - Millət vəkili

Hazırda oxunan: “Şuşanın 37 kəndində hazırda ermənilər yaşayır” - Millət vəkili

22559

“Şuşa rayonu 30-cu ildə yaradılıb, hal hazırda 37 kəndi var. Hal-hazırda bu kəndlərdə ermənilər yaşayır, o cümlədən Rusiya sülhməramlıları fəaliyyət göstərir. Vaxtilə Şuşanın əhalisinin 96 faizi azərbaycanlı, yalnız 4 fazi ermənilərdən ibarət olub”.

Bizim.Media xəbər verir ki, Milli Məclisin bügünkü iclasında deputat Vahid Əhmədov belə deyib.

Onun sözlərinə görə, Şuşa şəhərinin kəndlərinin bu gün işğal altında olması gələcəkdə Şuşanın mədəniyyət paytaxtı kimi mövcud olmasına təhlükələr yaradıla bilər. 

“Şuşa şəhəri Şuşa rayonuna daxildir. Ona görə Şuşanın kəndləri ilə bağlı müddəa bu qanunda əksini tapsa, yaxşı olar. Belə çıxa bilər ki, biz Şuşa şəhərini mədəniyyət paytaxtı elan etdik, 37 kənd bizə lazım deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO