İki gündür ki, mediada Füzulinin Haramı adlanan bölgəsində məcburi köçkünlər üçün salınanxa0 “Qayıdış” qəsəbəsindəki məktəblərin sinif otağında ipək qurdu saxlanması ilə bağlı məlumatlar paylaşılıb. Yazıda təqdim olunan videodan da məlum olur ki, həqiqətən də sinif otaqlarında ipək qurdu saxlayırlar.xa0
Məsələylə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a bildirildi ki, artıq problem nəzarətə götürülüb və araşdırma aparılır. Görülən tədbirlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.xa0
Xatırladaq ki, valideynlər uşaqlarının barama qurdlarına görə məktəbdə xəstəliyə düşdüklərini və dərsə iki nöbvəli getdiklərini bildirərək şikayət ediblər. Sakinlər bildiriblər ki, uşaq bağçalarında da barama qurdu saxlanılır.xa0
Vasif Əlihüseyn




























































































