Bakıda metronun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Teqo Hüqonun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlininin sədrliyi ilə keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.
Xatırladaq ki, ittihama görə, Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 2024-cü il martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurublar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:25 / 16.12.2024
Bakıda metroya ziyan vuran Fransa vətəndaşının şikayəti TƏMİN OLUNMADI
Hazırda oxunan: Bakıda metroya ziyan vuran Fransa vətəndaşının şikayəti TƏMİN OLUNMADI
Hazırda oxunan: Bakıda metroya ziyan vuran Fransa vətəndaşının şikayəti TƏMİN OLUNMADI
225545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.