Xəbər verdiyimiz kimi Siyəzəndə 15 yaşlı məktəbli qız ötən gecə hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib. Şəhərin Sabir küçəsi 88 ünvanında yaşayan məktəbli Gülər Seyfulla qızı Vəkillinin yaxınları onu tibb müəssisəsinə aparanda o yolda keçinib.
Mərhum məktəblinin dayısı Teymur Mustafayev Bizim.Media-ya açıqlamasında deyib ki, Gülər hamamda olarkən ailə üzvləri onu bir-iki dəfə çağırıblar, sonuncu dəfə çağıranda hay verməyəndə qapını açıb onu huşsuz vəziyyətdə görüblər. Tez xəstəxanaya aparsalar da, artıq gec olub.
Yeniyetmə qız bu gün dəfn olunub.
Qeyd edək ki, Vəkillilər ailəsi bir neçə il əvvəl də övlad dağı görüblər. Belə ki, 10 il əvvəl, 2014-cü ilin iyun ayında ailənin 2 oğlu Samur-Abşeron kanalında boğulub ölmüşdü. 2 məktəbli oğlunu itirən ailə bu dəfə 3-cü övladlarını səssiz ölümə qurban veriblər.
Ailənin indi 2-ci sinifdə oxuyan bir oğlan uşaqları qaldı.
Məktəblinin zəhərlənmə faktı Siyəzən rayon prokurorluğunda araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:10 / 16.12.2024
Siyəzəndə AİLƏ FACİƏSİ – İki qardaşı kanalda ölən bacı da DÜNYASINI DƏYİŞDİ – VİDEO
Hazırda oxunan: Siyəzəndə AİLƏ FACİƏSİ – İki qardaşı kanalda ölən bacı da DÜNYASINI DƏYİŞDİ – VİDEO
Hazırda oxunan: Siyəzəndə AİLƏ FACİƏSİ – İki qardaşı kanalda ölən bacı da DÜNYASINI DƏYİŞDİ – VİDEO
225530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.