“Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, hüquq sahəsində də dərin elmi-tədqiqatlara, sahəvi elmi-tədqiqatlara çox böyük ehtiyac vardır”.
Bizim.Media xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov ADA Universitetində hüquqşünaslıq üzrə magistratura proqramının (LL.M) açılış tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda hüquq peşəsi məslək kimi kifayət qədər inkişaf edib:
"Xüsusən, Əsrin müqaviləsindən sonra neft sənayesi ilə əlaqədar olan xidmətlərlə bağlı hüquq peşəsinə ciddi təkan verib. Bizdə məslək olaraq hüquqşünaslığı mənimsəmiş xeyli sayda peşəkar hüquqşünaslar var. Hüquq sahəsinin inkişafında atacağınız bir sıra addımlar var ki, hesab edirəm ki, magistr proqramı bu addımların əsasını qoymuş olur".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 16.12.2024
“Hüquq sahəsində dərin elmi tədqiqatlara ehtiyac var” – Nazir
Hazırda oxunan: “Hüquq sahəsində dərin elmi tədqiqatlara ehtiyac var” – Nazir
Hazırda oxunan: “Hüquq sahəsində dərin elmi tədqiqatlara ehtiyac var” – Nazir
225529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.