Dekabrın 16-da Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Mehparə Əhmədova təqaüdə yola salınıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ali Məhkəmə məlumat yayıb.
Bu münasibətilə keçirilən tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Mehparə Əhmədovanın hakimlik fəaliyyətinə 2000-ci ildən başladığını, 2010-cu ildən isə Ali Məhkəmədə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sonda Mehparə Əhmədovaya Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
Bizim.Media