Kişi həyat yoldaşını hamının gözü qarşısında bıçaqladı - Gəncədə Şok HADİSƏ

Kişi həyat yoldaşını hamının gözü qarşısında bıçaqladı - Gəncədə Şok HADİSƏ

Hazırda oxunan: Kişi həyat yoldaşını hamının gözü qarşısında bıçaqladı - Gəncədə Şok HADİSƏ

22549

Mayın 26-da saat 13 radələrində Gəncə şəhəri ərazisində Günay Amanovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Qafar Amanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Günay Amanovaya xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qafar Amanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, hadisə şəhərin "Gəncə Səbəti" adlanan bazarda qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO