Bu şirkətin rəhbəri məhkəmə qarşısına ÇIXARILIR

Bu şirkətin rəhbəri məhkəmə qarşısına ÇIXARILIR

Hazırda oxunan: Bu şirkətin rəhbəri məhkəmə qarşısına ÇIXARILIR

225441

Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov və digərlərinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək prosesdə dekabrın 17-nə təyin edilib.

Şikayət hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və daha əvvəl tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu hadisədən sonra şirkət rəhbərinin daha bir cinayət əməli üzə çıxıb.


Sözügedən cinayət işi üzrə "Meqa-Siti Holdinq” MMC-nin digər vəzifəli şəxsləri - Maksim Zeynalov, Fariz Nuruyev və Tamara Novruzova da təqsirləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO