Ölkə ərazisində əsən güclü külək bir neçə rayonla yanaşı Ağdaş rayonundan da yan keçməyib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, əsən güclü külək rayonun Nehrəxəlil kənd sakini Müslüm Məmmədova məxsus evin həyətindəki hasarını uçurub.
Hasarın uçması nəticəsində ona məxsus VAZ 2106 markalı avtomobiliə və yaşadığı fərdi yaşayış evinə ziyan dəyib, evin divarlarında bir neçə çartlar əmələ gəlib.
6 nəfərdən ibarət və 2 ailənin yaşadığı evin sakinləri hadisənin şokunu yaşayır.
Hazırda çətin durumda qalan ailə aidiyyatı qurumlardan kömək gözləyir.
Məsələ ilə bağlı Ağdaş rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı rayon icra hakimiyyəti tərəfindən kənd sakini Müslüm Məmmədovun həyətyani sahəsinə baxış keçrilib və vətəndaşa qanunamüvafiq aidiyyatı üzrə köməkliklər göstəriləcək.
Bizim.Media, Aran bürosu