Gecə boyu davam edən güclü külək Qəbələ rayonunda infrasturuktura ziyan vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon ərazisində çox sayda ağac qırılıb, bir sıra evlərin dam örtükləri uçub.
Bəzi yaşayış məntəqələrində elektrik dirəkləri aşıb, elektrik naqillərinə ciddi ziyan dəyib, rayonda enerjinin verilməsində fasilələr yaranıb.
Güclü külək səbəbindən rayon ərazisində bir neçə ticarət obyektinə, fərdi yaşayış evlərinin dam örtüklərinə zərər dəyib.
Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və müvafiq təşkilatların əməkdaşları hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu