Gecə saatlarından əsməyə başlayan güclü külək Göyçayda fəsadlara yol açıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, güclü külək səbəbindən rayonda elektrik enerjisinin verilişi dayanıb.
Şəhər ərazisində bir neçə iri gövdəli ağaclar aşıb. Bəzi hündürmərtəbəli binaların dam örtüyü uçub, ticarət obyektlərinə ziyan dəyib.
Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumların əməkdaşları əraziyə cəlb olunub, təcili və təxirə salınma zəruri işləri həyata keçirirlər.
Bizim.Media, Aran bürosu