Bakı Dövlət Universiteti İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə (The Global University Network for Innovation - GUNI) tamhüquqlu üzv seçilib.
Bu barədə Bizim.Media-ya universitetdən məlumat verilib.
GUNI 1999-cu ildə UNESCO-nun Ali Təhsil üzrə Ümumdünya Konfransından sonra bağlanmış müqavilələrə nəzarət etmək, universitet siyasəti və idarəçiliyində ekspert təşkilatı kimi fəaliyyət göstərmək üçün yaradılıb.
100 ölkədən 364 universiteti birləşdirən beynəlxalq şəbəkəyə ali təhsil müəssisələri ilə yanaşı, UNESCO kafedraları və tədqiqat mərkəzləri də daxildir.
GUNI-ya üzvlük BDU-ya innovativ yeniliklərin tətbiqi üçün daha geniş şərait yaradacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:51 / 14.12.2024
BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə tamhüquqlu üzv SEÇİLDİ
Hazırda oxunan: BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə tamhüquqlu üzv SEÇİLDİ
Hazırda oxunan: BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə tamhüquqlu üzv SEÇİLDİ
225186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.