Masallıda qanunsuz ov faktları aşkarlanıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində R.Hüseynov və V.Eynullayevin Masallı rayonu ərazisində qanunsuz ov etdikləri müəyyən olunub.
Həmin şəxslərdən bir ədəd "TOZ" markalı ov tüfəngi, bir ədəd "Kral Arms" markalı pnevmatik tüfəng və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.
Bundan əlavə, keçirilən müvafiq tədbirlər zamanı Masallı rayonu ərazisində fəaliyyət göstərən iki restoranda ovlanması qadağan edilmiş çöl quşları aşkarlanıb. Hər iki restoran sahibinə təbiətə vurduqları ziyan ödətdirilib.
Faktlar üzrə araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:07 / 13.12.2024
Müştərilərə ov quşlarından yeməklər verən restoran sahibləri CƏZALANDIRILDILAR
Hazırda oxunan: Müştərilərə ov quşlarından yeməklər verən restoran sahibləri CƏZALANDIRILDILAR
Hazırda oxunan: Müştərilərə ov quşlarından yeməklər verən restoran sahibləri CƏZALANDIRILDILAR
225146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.