“Nizami” stansiyasının tavanında bir ildən çoxdur aparılan təmir işləri nə vaxt BİTƏCƏK? – Rəsmi AÇIQLAMA – FOTO

“Nizami” stansiyasının tavanında bir ildən çoxdur aparılan təmir işləri nə vaxt BİTƏCƏK? – Rəsmi AÇIQLAMA – FOTO

Hazırda oxunan: “Nizami” stansiyasının tavanında bir ildən çoxdur aparılan təmir işləri nə vaxt BİTƏCƏK? – Rəsmi AÇIQLAMA – FOTO

225126

Bir ildən çoxdur Bakı metropoliteninin “Nizami” stansiyasında platformanın tavanında təmir işləri aparılır. Platformada köhnə tavan örtüyü sökülüb, yenilənir.

Dünyanın ən gözəl metrostansiyaları siyahısına daxil edilən “Nizami” metro stansiyasında aparılan təmir işləri onun yenilənməsinə, daha da gözəlləşməsinə xidmət etsə də, təmir müddətinin uzanması stansiyanın görünüşünə mənfi təsir edir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda qatarların hərəkətində yenidən YUBANMA: Səbəb nədir? – FOTO


Bəs təmir nə zaman bitəcək? Bakılılar və şəhərin qonaqları “Nizami” metro stansiyasını nə zaman yenilənmiş formada görəcəklər?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, işlər xüsusi qaydada aparılır:

“Təmir işləri gecə saatlarında və qısa müddət ərzində aparılır. Yəni qatarların hərəkəti dayandırılır, gərginlik çıxarılır, elektrik deposundan təssərrüfat qatarı təmir üçün lazım olan avadanlıqla gəlir, bu səbəbdən işlər uzunmüddətlidir. Görülən işlər əsaslı olmalıdır, hər gecənin ən vacib tələbi səhər hərəkət başlayanda sərnişinlərin hərəkət təhlükəsizliyinə mane olan heç bir şeyin orda qalmamasıdır. Bu səbədən orda işlər xüsusi qaydada aparılır”.

Qurum rəsmisi işlərin gələn ilin ikinci yarısında yekunlaşacağını bildirib:

“Metroda tələskənliyə yol verib hər hansı işi təcili qurtarmaq prinsipi yox, işin keyfiyyəti və sərnişinlərin hərəkət təhlükəsizliyi gündəmdədir. Orda hər bir işin özünün ağırlıq dərəcəsi, geoloji təsirləri öyrənilərək aparılır. Bundan sonrakı dövrdə münbit şərait olarsa, daha qısa müddətə bitə bilər. “Nizami” metro stansiyası Bakının ən ağır geoloji mühitlərindən biridir. Bu səbəbdən işlər mərhələli aparılır”.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO