“Hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aparılsa da, müddətin azaldılmasına hələ hazır deyilik”.
Bizim.Media xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
Dövlət xidmətinin rəsmisi bildirib ki, əsas məqsəd bütün sui-istifadə halların qarşısını almaqdır:
“İndi qanunvericilikdə elektron kabinetlərin yaradılması, bütün məlumatların bu vasitə ilə verilməsi nəzərdə tutulur. Ali və tam orta təhsillini fərqləndirmək yox, onların bərabərləşdirilməsi lazımdır.
Burada ali təhsillilərlə orta təhsillilərin fərqi nəzərdə tutulur. Bununla bağlı düşünürük. Amma müddətin azaldılmasına hələlik hazır deyilik”.
Bizim.Media