Nəşinin qalıqları noyabr ayında dəfn edilən şəhidin məzarüstü abidəsi hazırlanıb.
Birinci Qarabağ müharibəsində yaralanaraq itkin düşən, 31 ildən sonra kimliyi müəyyən edilən şəhidlərimizdən biri də Şəkinin Orta Zəyzid kəndindən olan Şahid Sabir oğlu Məmmədovdur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 31 il övlad yolu gözləyən, oğlunu axtararkən daha dörd əzizini şəhid verən Kətaim ananın intizarına beləcə son verilib.
Bu, bir ailənin faciəsi deyil, həm də erməni vandalizminin iç üzünü açmaq üçün çoxsaylı faktlardan biridir.
Bəs bu faciə necə baş vermişdi?
Qeyd edək ki, Şahid Məmmədov 1974-cü ildə Şəkinin Orta Zəyzid kəndində anadan olub. Ailədə beş uşaq olublar. O, ailənin dördüncü övladıdır.
Orta məktəbi başa vurduqdan bir müddət sonra yəni 1992-ci ildə hərbi xidmətə yollanıb. Bir neçə ay xidmət edəndən sonra Şahid könüllü olaraq döyüş bölgəsinə yollanıb. O, Ağdərə istiqamətində döyüşlərə qatılıb və bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılıb.
Ağdərənin Mehmanə kəndi uğrunda gedən ağır döyüşlərdə düşmən canlı qüvvə və texnika baxımdan çox olmasına baxmayaraq, Şahid və döyüş yoldaşları ciddi müqavimət göstərərək, onları dəfələrlə geri çəkilməyə məcbur edib. Elə həmin döyüşlərin birində Şahid ağır yaralanıb. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Onun axtarışlarına atası Sabir, əmiləri Vəhbi və Cahangir Məmmədovlar, eləcə də bacısının qayınatası Fərhad Kazımov çıxıblar.
Məmmədovları döyüş bölgəsində Ağdamdan olan bir tələbə yoldaşı müşayət edirmiş. Şahidi tapmaq, onun barəsində məlumat əldə etmək üçün günlərlə şəxsi maşınlarında yol gediblər.
1993-cü ilin fevral ayının 28-də atası Sabir kişinin, əmiləri Vəhbi və Cahangir Məmmədovların, eləcə də bacısının qayınatası Fərhad Kazımovun olduğu avtomobil Ağdərə istiqamətində ermənilərin basdırdığı minaya düşərək, hamısı həlak olub. Sonradan onların hər birinə şəhidlik status verilib.
Şəhid qardaşının xatirəsini yaşatmaq məqsədi ilə Arif Məmmədov oğluna Şahid adını verib. Gənc Şahid Sabirli Vətən müharibəsi iştirakçısı və hazırda hərbçi kimi xidmətdədir.
Məmmədov qardaşları əzizlərinin xatirəsini əbədiləşdirmək və gənc nəsildə vətənpərvərlik hisslərini aşılamaq məqsədi ilə günlərdir məzarüsü abidənin abadlaşdırılması istiqamətində iş aparır. Bu məkanın həm də gənc nəslin, məktəblilərin bir ziyarət, and yeri kimi olması üçün səy göstərirlər.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 13.12.2024
31 il oğlunu axtaran, daha 4 əzizini şəhid verən ananın təsəlli tapdığı MƏKAN - FOTO
Hazırda oxunan: 31 il oğlunu axtaran, daha 4 əzizini şəhid verən ananın təsəlli tapdığı MƏKAN - FOTO
Hazırda oxunan: 31 il oğlunu axtaran, daha 4 əzizini şəhid verən ananın təsəlli tapdığı MƏKAN - FOTO
225062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.