Bu şəxslər COVID pasportu olmadan idman zallarına daxil ola biləcək

Bu şəxslər COVID pasportu olmadan idman zallarına daxil ola biləcək

Hazırda oxunan: Bu şəxslər COVID pasportu olmadan idman zallarına daxil ola biləcək

22492

İdman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan), çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti 10 iyun saat 00:00-dan bərpa ediləcək.

Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərarda bildirilir ki, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO