“Azyaşlı qızların erkən nikaha cəlb olunmaları həqiqətən də təzyiq kimi qiymətləndiriməlidir.
Çünki uşaqlar, gənclər böyüməli, fiziki əqli baxımdan inkişaf etməli və yüksək şəxsiyyət kimi formalaşmalıdırlar. Bunun üçün də onlar təhsil almalı və davam etməlidirlər”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib.
Komitə sədrinin sözlərinə görə erkən ailə qurmaq həm fiziki, psixi, iqtisadi və sosial mənada onların həyatına təsir edir, həm də cəmiyyətdəki ahəngdarlığı və harmoniyanı pozur:
“Ona görə də hər kəs qanuni tələbi əldə rəhbər tutaraq gənclərimizin mərhələ-mərhələ həyatının müxtəlif dövrünə öz istəyi və arzusu ilə, eləcə də ona hazır olmasına şərait yaratmalıdır”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 12.12.2024
“Qızların erkən nikaha cəlb olunması cəmiyyətdəki ahəngdarlığı pozur” - Bahar Muradova
Hazırda oxunan: “Qızların erkən nikaha cəlb olunması cəmiyyətdəki ahəngdarlığı pozur” - Bahar Muradova
Hazırda oxunan: “Qızların erkən nikaha cəlb olunması cəmiyyətdəki ahəngdarlığı pozur” - Bahar Muradova
224905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.