Ali Məhkəmədə Tərtərdə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıqda təqsirləndirilən Süleyman Camalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Süleyman Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib və onun cəzasını 7 ilə endirib.
Qeyd edək ki, hadisə 27 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1981-ci il təvəllüdlü Süleyman Camalov qohumuna məxsus fərdi yaşayış evinin həyətində əsgər yığıncağının keçirilməsi üçün qurulmuş ictimai yer hesab edilən mağarda olarkən münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən Süleyman Camalov saxlanılıb. Ondan qanunsuz saxladığı “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Süleyman Camalovun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 12.12.2024
Həmkəndlisini bıçaqlayan şəxslə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Həmkəndlisini bıçaqlayan şəxslə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Həmkəndlisini bıçaqlayan şəxslə bağlı QƏRAR VERİLDİ
224881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.