Sərnişin az olsa avtobus xəttə çıxmayacaq – Rəsmi AÇIQLAMA

Sərnişin az olsa avtobus xəttə çıxmayacaq – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Sərnişin az olsa avtobus xəttə çıxmayacaq – Rəsmi AÇIQLAMA

22488

Bölgələrə gedən sərnişinlərdən COVID pasportu tələb olunmayacaq. Sadəcə, rayonlara gedən sərnişinlər avtovağzalda yoxlanılıb avtobusa buraxılacaq

Bunu Bizim.Media-ya açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda COVİD pasportu veriləcək


Xidmət sözcüsü bildirib ki, nə sürücülərdən, nə də sərnişinlərdən COVID pasportu tələb olunmasa da, sərnişinlər avtovağzalın içində ümumi nəzarətdən keçiriləcək: 

“Avtovağzalda yerləşən tibb məntəqəsində ümumi baxış olacaq. COVID yox, COVID ehtimalı belə olan  - hərarət, zökəm əlamətləri – sərnişinlər avtobusun salonuna buraxılmayacaq. Sürücülər isə hər reys qabağı - gün ərzində 2-3 dəfə tibbi müayinədən keçiriləcəklər”.

Onun sözlərinə görə, ötən ilin mart ayına qədər fəaliyyət göstərən marşurut xətləri eyni formada fəaliyyətlərini davam etdirəcək:

“İlk vaxtlar sərnişin sayı az ola bilər. Buna görə də bütün istiqamətlər üzrə təlabata uyğun sayda avtobuslar xəttə buraxılacaq”.

Biletlərin satışına gəldikdə isə Nuridə Allahyarova bunun da əvvəlki qaydalara uyğun həyata keçiriləcəyini dedi:

“Bölgələrə gediş-gəliş mayın 31-dən başlanır, biz ayın 30-dan bilet satışına başlayacağıq. Kassalarda biletlər olacaq. Amma elə istiqamətlər ola bilər ki, ora cəmi 2-3 nəfər sərnişin təlabatı yaranar, bu zaman avtobus xəttə çıxmayacaq”.

Bu zaman biletlər geri qaytarılacaq? 

Nuridə Allahyarovanın sözlərinə görə, əvvəlcədən biletlər alınıbsa, həmin sərnişinlərə avtobusların xəttə çıxmayacağı haqda məlumatlar veriləcək. Biletlər ya geri qaytarılacaq, ya da başqa günlə əvəzlənəcək. 

Sektor müdiri əlavə edib ki, keçən ilin mart ayına qədər gün ərzində 2 milyon 60 000 sərnişin daşınıb: 

“Bunun 611000 şəhərlərarası və rayonlar arası istiqamətlərdə daşınırdı. Biz mayın 31-də bu qədər sərnişinin daşınacağını gözləmirik. İlk on günlükdə təlabatın aşağı olacağı gözlənilir. Amma yay fəsli ərzində gün ərzində 611000 nəfərə yaxın sərnişinin daşınacağı gözlənilir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO