Şəkidə mənzildə baş verən yanğının ilkin təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi şəhərin Fuad Əbdürrəhmanov küçəsində yaşayan Məmmədəmin Məmmədova məxsus mənzildə baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində mənzilin bir otağında tavanın bir hissəsi, eləcə də çardaq yanıb. Mənzilin digər hissələri ev əşyaları ilə birlikdə yanğından mühafizə olunub.
Hadisə yerinin ilkin tədqiqi və şahidlərin sözlərinə görə, yanğına qaz sobasının qızması və nəticədə tavanın alovlanması ilə nəticələnib. Mənzil sahiblərinin hadisə barədə tez xəbərdar olması böyük faciənin qarşısını alıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu