Şirvan suvarma kanalının Göyçaydan keçən hissəsi yarılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndi ərazisində baş verib.
Kanal yarıldıqdan sonra bir müddət su kənd ərazisinə axın edib. Dərhal əraziyə Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.
Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Yaranan fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.
Bizim.Media, Aran bürosu