“Mübaliğəsiz deyə bilərik ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. O həm də regionun təhlükəsizliyinin təminatçısı idi”.
Bunu Ümummilli lider Heydər Əliyevlə bağlı fikirlərini Bizim.Media ilə bölüşən gürcü politoloq Gia Xuxaşvili deyib.
O bildirib ki, Heydər Əliyevin hakimiyyəti illərində təkcə Azərbaycan yox, həm də Gürcüstan müasir dünyada vahid geosiyasi funksiya əldə etdi:
“Bu, Heydər Əliyevin və onunla birlikdə Eduard Şevardnadzenin uzaqgörənliyi sayəsində baş verdi. İnanılmaz çətinliklərə baxmayaraq, iki lider Şərqlə Qərb arasında əvvəlcə neft, sonra isə qaz marşrutu çəkdilər.
Eyni zamanda, Heydər Əliyev həm də öz bənzərsiz müdrikliyini yetişdirdiyi siyasi-bioloji varisinə ləyaqətlə ötürən gözəl ata idi. Təsadüfi deyil ki, İlham Əliyev atasının bütün plan və arzularını reallığa çevirdi. Ən əsası da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edildi. Ona görə də Heydər Əliyev təkcə azərbaycanlıların yox, həm də gürcülərin qəlbində hər zaman yaşayacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 12.12.2024
“Heydər Əliyev təkcə azərbaycanlıların yox, gürcülərin də qəlbində əbədi yaşayacaq” – Gia Xuxaşvili
Hazırda oxunan: “Heydər Əliyev təkcə azərbaycanlıların yox, gürcülərin də qəlbində əbədi yaşayacaq” – Gia Xuxaşvili
Hazırda oxunan: “Heydər Əliyev təkcə azərbaycanlıların yox, gürcülərin də qəlbində əbədi yaşayacaq” – Gia Xuxaşvili
224806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.