“2018-2023-cü illər arasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən İslam Respublikası ölkələrinin vətəndaşları üçün təhsil və təlim proqramları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan XİN və Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proqramlar son 5 il ərzində 80-dən çox Afrika ölkəsindən olan vətəndaşlara təhsil verməyə imkan yaradıb”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
O bildirib ki, bu proqramların uğurlu təcrübəsindən faydalanaraq, 2023-cü ildə Azərbaycan XİN-in dəstəyi ilə yaradılmış Beynəlxalq Təhsil və Təlim Proqramı, beynəlxalq əməkdaşlıq platforması yaradılıb:
“Bundan əlavə, biz xalqımızın tarixi, etnik və mədəni əlaqələri olan ölkələrlə əlaqələri daha da dərinləşdirir və qlobal humanitar səylərimizi genişləndiririk”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 11.12.2024
80-dən çox afrikalı tələbə Azərbaycanda təhsil alıb
Hazırda oxunan: 80-dən çox afrikalı tələbə Azərbaycanda təhsil alıb
Hazırda oxunan: 80-dən çox afrikalı tələbə Azərbaycanda təhsil alıb
224788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.