2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
O, qeyd edib ki, kapital repatriasiyası isə 4,8 mlrd. dollar təşkil edib. Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar 1,4 mlrd. ABŞ dollarına (2023-cü ilin eyni dövründə 998 mln. dollar) bərabər olub.
“Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 mln. dollar, Türkiyəyə 175 mln. dollar, Gürcüstana 96 mln. dollar, Birləşmiş Krallığa 87 mln. dollar və Özbəkistana 78 mln. dollar təşkil edib”- Samir Nəsirov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 11.12.2024
Azərbaycana 2024-cü ilin 3-cü rübündə nə qədər birbaşa xarici investisiya yatırılıb?
Hazırda oxunan: Azərbaycana 2024-cü ilin 3-cü rübündə nə qədər birbaşa xarici investisiya yatırılıb?
Hazırda oxunan: Azərbaycana 2024-cü ilin 3-cü rübündə nə qədər birbaşa xarici investisiya yatırılıb?
224732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.