Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.
2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bizim.Media