BİZİM TƏQVİM: 11 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 11 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 11 dekabrda baş vermiş tarixi hadisələr

224639

11 dekabr “Dağlar Günü”dür. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılıb. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılıb. 

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. “Dağlar Günü” hər il fərqli ad altında qeyd olunur.

Bəs, dekabrın 11-də dünyada daha nələr olub?

1. 1843-cü ilin 11 dekabr tarixindә vərəm və vәba epidemiyaları  ilə əlaqədar mikrobial tədqiqatlar aparan Robert Koç Almaniyada anadan olub. Koç vərəmlə bağlı kəşflərə görə 1905-ci ildә tibb üzrə Nobel mükafatını layiq görülüb.

2. 1936-cı ilin 11 dekabr tarixindә İngiltәrә Kralı VIII Edvard Valis Simpson ilә münasibәtini davam etdirә bilmәk üçün postundan imtina edib. 

3. 1941-ci ilin 11 dekabr tarixindә Hitler vә Mussolini müttәfiqlәri olan Yaponiya ilә birlikdə Amerika Birlәşmiş Ştatlarına müharibә elan edib.

4. 11 dekabr 1946-cı ildə BMT-nin Uşaq Fondu – UNICEF-in əsası qoyulub. BMT Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardandır. Azərbaycan 1995-1997-ci və 1998-2000-ci illərdə UNICEF-in icra heyətinin üzvü olub.

5. 1978-ci ilin 11 dekabr tarixindә İranın müxtәlif şәhәrlәrindә üsul-idarә sisteminә qarşı etiraz aksiyaları keçirilib. Tәhlükәsizlik qüvvәlәrinin nümayişçilәrә sәrt müdaxilәsi nәticәsindә 40 nәfәr hәlak olub.

6. 1987-ci ilin 11 dekabr tarixindә ‘‘Hababam Sınıfı’’, ‘‘Neşeli Günler’’ vә ‘‘Tosu Paşa’’ filmlәrindә oynayan Adilә Naşit İstanbulda vәfat edib.

7. 1993-cü ilin 11 dekabr tarixindә Türkiyәnin Bağdaddakı  sәfirliyindәki inzibati mәsәlәlәr üzrә attaşesi Çağlar Yücel mәruz qaldığı silahlı hücum nәticәsindә şәhid olub.

8. 1994-cü ilin 11 dekabr tarixindә Rusiya ordusu Çeçenistanın birtərəfli elan etdiyi müstəqillik qәrarına qarşı hәrәkәtә keçib. Ruslan yüzlәrlә tankın dәstәyi ilә şәhәrlәri işğal etmәyә başlasa da çeçenlәr buna icazә vermәyәrәk rus qüvvәlәrini dayandırıb. I Rus-Çeçen müharibәsi 1996-cı ildә imzalanan Hasav-Yurt müqavilәsi ilә sona çatıb.

9. 11 dekabr 1997-ci ildə atmosferə buraxılan zərərli qazların miqdarının azaldılmasına dair Kyoto protokolu imzalanıb. Protokol beynəlxalq istiləşmə və iqlim dəyişikliyinə qarşı mübarizə aparmağa yönəlmiş beynəlxalq sənəddir. Sənədi imzalayan ölkələrdən Avropa İttifaqı dövlətləri atmosferə atılan zərərli qazların həcmini 8 faiz, ABŞ 7 faiz, Yaponiya 6 faiz, Avstraliya 8 faiz, İslandiya 10 faiz və s. azaltmalı idi.

10. 11 dekabr uşaqların beynəlxalq televiziya və radio verilişləri günüdür.

Dekabrın 11-də bu şəxsiyyətlər xatırlanır:

1. 11 dekabr 1918-ci ildə Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Bayramov (1918 – 9.11.1994) Ağdam rayonunun Şıxavənd kəndində anadan olub. “Yarpaqlar”, “Arakəsmələr”, “Karvan yolu”, “Tək palıdın kölgəsi”, “Cıdır düzü” və s. romanların müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.

2. 11 dekabr 1933-ci ildə görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Haqverdiyev (17.5.1870 – 1933) vəfat edib. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

Teatr tamaşalarına quruluş verib. Bakı Dövlət Universitetində dərs deyib. 

3. 11 dekabr 1913-cü ildə məşhur fransız aktyoru Jan Mare anadan olub (1913-1998). Kinoda ilk böyük işi 1941-ci ildə rejissor J.Baronsellinin çəkdiyi "Yandırılmış ev" filmi olub. 1940-1950-ci illərdə isə o, romantik rolları oynamaqla məşhurlaşıb.

4. 11 dekabr 1918-ci ildə rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr Soljenitsın (1918 – 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya olunub, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. “Qulaq arxipelaqı”, “İvan Denisoviçin bir günü”, “Xərçəng korpusu”, “Birinci dairədə”, “Qırmızı təkər” və s. əsərlərin müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO