İşə düzəltmə şirkətlərinin DƏLƏDUZLUĞU – İnsanlardan pul alıb niyə geri dönüş ETMİRLƏR?

İşə düzəltmə şirkətlərinin DƏLƏDUZLUĞU – İnsanlardan pul alıb niyə geri dönüş ETMİRLƏR?

Hazırda oxunan: İşə düzəltmə şirkətlərinin DƏLƏDUZLUĞU – İnsanlardan pul alıb niyə geri dönüş ETMİRLƏR?

224578

İşə düzəltmə şirkətləri günbəgün çoxalır. Bu şəxslər müxtəlif vədlər verib, müqavilələr imzalayırlar. Təbii ki, bu xidmət ödənişlidir. Bəziləri həm müqavilə zamanı ödəniş alır, həm də işə daxil olduqda ilk maaşdan müəyyən faiz miqdarında pul tələb edirlər. Təəssüflər olsun ki, bu sahə çox da şəffaf deyil. İşə düzəltmə adı ilə insanlardan pul alıb geri dönüş etməyənlər də var.

İşə düzəltmə şirkətləri nə dərəcədə güvənlidir?


Karyera mütəxəssisi Pərviz Əfəndizadə Bizim.Media-ya bildirib ki, bu cür şirkətlərə müraciət etməzdən öncə araşdırmaq lazımdır:

“Beynəlxalq təcrübədə də işə düzəltmə şirkətləri var. Azərbaycanda da işə düzəltmə şirkətləri aktiv fəaliyyət göstərirlər. Sadəcə olaraq iş axtaran şəxslər hər hansısa bir şirkətlə əməkdaşlıq etməzdən əvvəl birinci növbədə həmin şirkəti araşdırmalıdır. Sadəcə internetdə şirkət barədə axtarış edib, sosial media hesablarına baxmaq belə kifayətdir”.

İşə düzəltmə şirkəti, yoxsa birbaşa CV göndərmək?

Dələduzluq halları çoxaldığı üçün insanların işə düzəltmə şirkətlərinə güvəni qalmayıb. Mütəxəssis qeyd edir ki, əgər CV-nizi özünüz yaza bilirsizsə, məlumatlısınızsa, birbaşa CV-ni göndərə bilərsiz:

“İşə düzəltmə şirkətinə müraciət etməsəniz də olar. Sadəcə vakansiyanın tələblərini diqqətlə oxumaq və CV-nizi, müraciətinizi ona uyğun yazmağa diqqət etməlisiniz”,

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO