Lənkəranda ana doğuşdan sonra öldü

Lənkəranda ana doğuşdan sonra öldü

Hazırda oxunan: Lənkəranda ana doğuşdan sonra öldü

22414

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə mayın 25-i səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

20 yaşlı qadın doğuşdan sonra dünyasını dəyişdi


Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və F.Yaqubzadə yenidən əməliyyat edilib. Mayın 26-sı səhər saatlarında isə qadın dünyasını dəyişib.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

Qeyd edək ki, F.Yaqubzadənin yeni doğulan körpədən başqa 5 və 4 yaşlarında oğlu və qızı var. O, ikinci övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO