Bakının bu küçələrində sıxlıq var – SİYAHI

Bakının bu küçələrində sıxlıq var – SİYAHI

Hazırda oxunan: Bakının bu küçələrində sıxlıq var – SİYAHI

22408

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı


Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək.

Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yolda sıxlıq.

8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək sıxlıq.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək sıxlıq.

Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində sıxlıq.

Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək sıxlıq.

Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək sıxlıq.

Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində Avtovağzalın qarşısınadək sıxlıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO