Bölgələrdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA 

Bölgələrdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bölgələrdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA 

223944

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb. 

 

Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Düşən yağıntının miqdarı: Ordubad, Xaltan, Tərtər, Beyləqanda 3 mm-dək olub.

 

Duman: Qrız, Şahdağda duman müşahidə olunub.

 

Külək: Şimal-qərb küləyi Naftalanda arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 19 m/s-dək güclənib.

 

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

 

Havanın maksimal temperaturu: İyulun 15-i Bakıda iqlim normasından 2.5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti, Naxçıvan MR-da 37 dərəcəyədək isti, aran rayonlarında 38 dərəcəyədək isti, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO