Bu gün Bakı Hərbi Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bizim.Media report-a istinadla xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.
MÖVZU İLƏ BAĞLI:
Maral Nacaryanın erməni pasportu Bakıda qalıb, özü imtina edib – Vəkil
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.
Cinayət işində Eulcekcian Viken Abrahamın muzdlu kimi Ermənistan tərəfindən döyüşlərdə iştirakını sübut edən foto və videogörüntülər də var.
Məhkəmə iclası növbəti günlərdə davam etdiriləcək.
Bizim.Media