İctimai fəal Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın vəsatətinə və prokurorluğun təqdimatına baxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə report-a Rüfət Səfərovun vəkili Cavad Cavadov məlumat verib.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, dekabrın 3-də saxlanılıb. Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və (221.1-ci xuliqanlıq), 127-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:49 / 04.12.2024
Rüfət Səfərov HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: Rüfət Səfərov HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: Rüfət Səfərov HƏBS EDİLDİ - VİDEO
223734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.