Bıçaqlanan şagirdin vəziyyəti AÇIQLANDI

Bıçaqlanan şagirdin vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Bıçaqlanan şagirdin vəziyyəti AÇIQLANDI

223701

Bakıda məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Mənbə qeyd edib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 04.12.2024-cü il tarixində saat 12:20 radələrində Səbail rayonu, 329 nömrəli tam orta məktəbdən çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 yaşlı şəxsə (kişi cinsli) ilkin tibbi xidmət göstərilib və hər iki əlin kəsilmiş yarası diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) təxliyə olunub",- deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO