Naxçıvanda yaşayan Talehə və Peyman Səfərov cütlüyünün 9 yaşlı oğlu Fərid Səfərov 30 noyabrda anasının həyətdə plov bişirdiyi qazana düşüb.
Bizim.Media bu barədə İHA-ya istinadən xəbər verir.
Məlumata görə, bədənindəki yanıqlar səbəbindən Naxçıvanda xəstəxanaya yerləşdirilən Səfərov ilk müdaxilədən sonra Türkiyəyə aparılıb. Bu ölkədə əvvəl İğdır Dövlət Xəstəxanasına, daha sonra Ərzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinə göndərilib.
Bizim.Media